28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Metro "Qarabağ" - "Bayer" oyununa görə 01:00-dək işləyəcək

“Bakı Metropoliteni” QSC martın 7-də Avropa Liqasının 1/8 finalının "Qarabağ" - "Bayer" (Almaniya) oyununa görə gücləndirilmiş iş rejimində çalışacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

“Qarabağ” qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Klubun müraciəti və bu oyuna Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda matçı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 7-dən 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - Bayer” oyunu saat 21:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30