27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Dinamo” - PAOK oyunu Əliyar Ağayevə tapşırıldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, o, Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) ilk qarşılaşmasının baş hakimi olacaq.
 
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Stegemann, onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Oyunun hakim-inspektoru isə norveçli Terje Houç olacaq.
 
Qeyd edək ki, "Dinamo"da Azərbaycan millisinin üzvü Mahir Emreli d' çıxış edir.
 
Əlavə edək ki, sözügedən görüş martın 7-si Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30