28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Sarğıda gözü olmayan kapitan: “Sumqayıt”a borcumuzu qaytarmalıyıq”

“Səbail”in müdafiəçisi Yusif Nəbiyevin Futbolxeber.az saytına müsahibəsi

 

- Premyer Liqanın 25-ci turunda səfərdə “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəldiniz. Oyunla bağlı fikirləriniz necədir?

- Bilirdik ki, bizi səfərdə çətin oyun gözləyir. Hazırda turnir cədvəlində sonuncu olmasına baxmayaraq, “Qəbələ” heç də pis oyun sərgiləmir. Gözlədiyimiz kimi də oldu. Birinci hissədə qapımızda iki qol gördük. Lakin özümüzdə güc tapıb oyunu dəyişə bildik. Buna görə də sevinirik.

- 0:2-dən sonra geridönüş edə biləcəyinizə nə dərəcədə ümidiniz var idi?

- Təbii ki, 0:2-dən sonra oyunu dəyişmək çətin idi. Bunu başa düşürdük. Fasilədə baş məşqçimiz lazımi tapşırıqları verdi. Üstəlik, iki hücumçu ilə oynamağa başladıq. Bu da özünü doğrultdu. Əlbəttə, geridönüş etməyimizdə “Qəbələ”nin azlıqda qalmasının da rolu oldu.

- Oyundan öncə məlum idi ki, “Sumqayıt” və “Zirə”nin xal itirməsindən sonra “Qəbələ”ni məğlub etməklə turnir cədvəlində ikinci pilləyə yüksələ bilərsiniz. Bu məqam motivasiyanızı nə dərəcədə artırmışdı?

- Hər bir futbolçu turnir cədvəlinə baxır. Bu məqamı da bilirdik. Qələbə qazanmaqla istəyimizə çatdıq. Hazırda ikinci yerdəyik. Lakin bu, bizi aldatmamalıdır. Çünki qarşıda hələ 11 tur var. Odur ki, növbəti matçlara daha ciddi yanaşmalıyıq.

- “Qəbələ” ilə oyuna komandanı kapitan kimi çıxarmışdınız. Bunu sizin üçün əlavə motivasiya hesab etmək olar?

- Əlbəttə. Düzdür, əsas kapitanımız Ağabaladır. Hazırda bərpa dövrünü keçir. Allah köməyi olsun, inşallah tezliklə sıralarımıza qayıdar. Digər kapitan Adildi. O da “Qəbələ” ilə görüşdə start heyətində yer almamışdı. Sözün açığı, kapitanlıqda gözüm yoxdur.

- Növbəti turda “Sumqayıt”ı qəbul edəcəksiniz. Hansı ki, cari mövsüm bu rəqibdən xal ala bilməmisiniz...

- Bəli, həm ilk, həm də ikinci dövrədə “Sumqayıt”a uduzmuşuq. Çalışıb qarşıdakı matçda borcumuzu qaytarmalıyıq. Lakin bu, heç də asan olmayacaq. Çünki “Sumqayıt” çox yaxşı komandadır. Onlarla aramızda cəmi 1 xal fərq var. Əlimizdən gələni etməliyik ki, növbəti qələbəmizi qazanaq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30