28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

Bədavi Hüseynov: “Bayer”ə qarşı vuruşacağıq”

"Prinsipial oyun idi. “Neftçi” ilə matçlarımız həmişə maraqlı keçir. Bu qarşılaşma da istisna olmadı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın kapitanı Bədavi Hüseynov deyib.

Təcrübəli müdafiəçi Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” üzərində qazanılan 4:1 hesablı qələbəni belə şərh edib: “İlk hissə tam istədiyimiz kimi keçmədi. Amma fasilədən sonra oyun daha gərgin idi. Çoxlu hücumlar edirdik. Hesabda önə keçdikdən sonra daha açıq oyun getdi. Yekunda qalib gəldik. Artıq “Bayer”lə oyunu düşünməliyik. Bugünkü görüş həmin matçdan öncə yaxşı təcrübə idi”.

B.Hüseynov matçın taleyini vurduqları üçüncü qolun həll etdiyini qeyd edib: “Neftçi” fərqi azaltdıqdan sonra təzyiqi daha da artırdı. 1:2-də onlar ard-arda təhlükəli künc zərbələri yerinə yetirirdilər. Buna görə də sona kimi matç çox gərgin alındı. Arxayınlaşmadıq, sona qədər mübarizə apardıq. Vurduğumuz üçün qol həlledici oldu”.

O, 25 turdan sonra ikinci pillədən 23 xal öndə olmalarına belə münasibət bildirib: “Bəli, fərq çoxdur. Amma arxayınlaşmaq olmaz. Avropada da çıxışımızı davam etdiririk. Eləcə də ölkə kuboku var. Hər matça maksimum dərəcədə konsentrasiya olmaq lazımdır”.

Hüseynov “Bayer”lə görüşdə uğurlu nəticə qazanmaq istədiklərini söyləyib: “Rəqib çox güclüdür. 30-dan çox oyundur ki, uduzmurlar. Daha əvvəl də onlara qarşı oynamışıq. Artıq “Bayer” bizim üçün tanış rəqibdir. Üstün tərəflərini bilirik. Əlimizdən gələni edəcəyik. Rəqibə layiqli müqavimət göstərməliyik. Vuruşacağıq, bütün gücümüzü meydanda qoymalıyıq”.

“Bayer” ilk məğlubiyyətini Bakıda ala bilərmi?” sualını “Qarabağ”ın müdafiəçisi belə cavablandırıb: “Niyə də yox? Bütün fikrimizi yalnız qələbəyə yönəltmişik”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30