28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Bojoviç: “Nəticə ədalətli deyil”

"Yaxşı oyun oldu. İlk yarını yaxşı, keyfiyyətli keçirdik. İkinci yarıda iki böyük səhv ucbatından iki qol buraxdıq. Bu cür səhvləri "Qarabağ"a qarşı edəndə, onlar səni cəzalandıracaq. Bərabərlik üçün hər şeyi etdik. Künc zərbələrindən sonra rəqib bizi əks-hücumda tutdu və qollar buraxdıq. 1:4 uduzsaq da, nəticə ədalətli deyildi. 1:2 uduza bilərdik, amma bu hesab ədalətli deyil".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqanın 25-ci turunda "Qarabağ"a uduzduqları oyundan sonra deyib.

O, "Neftçi"ni derbiyə hazırlamaq üçün əllərindən gələni etdiklərini bildirib: “Heç kəs gözləmirdi ki, iki qolu bu şəkildə buraxacağıq. Qeyd etdiyim iki səhvdən savayı, oyunumuzun keyfiyyəti kifayət qədər yaxşı idi. "Qarabağ"ı son 15 dəqiqə kifayət qədər təzyiqdə saxlaya bildik. Azərbaycanda "Qarabağ"ı bizim kimi təzyiqdə saxlayan komanda görməmişəm”.

O, hücum xəttindən barədə bunları söyləyib: “Hücumçularla bağlı belə şeylər olur. İnanırıq ki, vəziyyət dəyişəcək”.  

O, hazırda “Neftçi”də qlobal dəyişiklik etməyin mümkün olmadığını bildirib: “Yuri Matias və Qara Qarayev ən yaxşı və ən təcrübəli oyunçularımızdandır. Günahı onların üzərinə atmaq istəmirəm. Aydın məsələdir ki, məğlubiyyətdən sonra məsuliyyəti baş məşqçi daşıyır. İşləməyə davam etməliyik. "Qarabağ" və "Neftçi"nin bu mövsümkü oyunlarına baxmısız. Həmin oyunda "Neftçi" "Qarabağ"ın qapısına cəmi bir zərbə vurmuşdu. Bu gün isə oyun daha şən, maraqlı, keyfiyyətli keçdi. Bəli, qollar buraxdıq. Amma hər oyunçu sona qədər mübarizə aparırdı. Onların əziyyətinə baxıram və deyə bilərəm ki, onlardan razıyam. Digər rəqiblərə qarşı belə performans göstərsək, daha asan olacaq. Oyunun tempi də yüksək idi. Azərbaycan çempionatında belə oyunlar nadir hallarda baş verir. Oyun Avropa səviyyəsində keçdi, vaxt aparan, meydanda boş-boşuna gəzən yox idi. Səhvlər var idi. Komanda uduzursa, məsuliyyəti daşıyan baş məşqçidir”.

Miodraq Bojoviç “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin mümkün qırmızı vərəqə epizodunun matçın nəticəsinə təsir etdiyini vurğulayıb: “Çünki Emin Mahmudov zədələndi. Onu da əvəzlədik. Fasilədə şikayətlənirdi, amma oynamaq üçün cəhd edirdi. Lakin gördük ki, dəyişmək lazımdır. "Qəbələ" - "Qarabağ" oyununa baxmısızsa, orada da eyni epizod baş verdi. Lakin "Qəbələ"nin oyunçusu qırmızı vərəqə aldı”.

O, "Neftçi" azarkeşlərinin Qurban Qurbanovu alqışlamarından da danışıb: “Bunun mənə təsiri yoxdur. Onlar istədiyini edə bilərlər. Mən peşəkaram və işimi də peşəkarcasına görürəm. Qarşıda tapşırıq var, onu yerinə yetirmək niyyətindəyəm. Çalışacağıq. İnanıram ki, bunu bacaracağıq. Amma əmin olun ki, mən kreslodan yapışan deyiləm. Məni bura dəvət edən rəhbərlikdir. Qərarı verən də onlardır. Nəsə demək tezdir. "Kəpəz" və "Səbail"lə oyunlarımız var. O oyunlarda qələbə olsa, milli fasiləsinə yaxşı gedə bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30