27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Kaxaber Sxadadze: “Hər matçda qırmızı vərəqə alacağıqsa, mən nə edə bilərəm?”

“Bilmirəm nə deyim. İlk hissə əla futbol oynadıq. İki qol vurduq. Daha çox fərqlənə bilərdik. Rəqibin isə heç bir imkanı yox idi. Lakin bir səhv hər şeyi korladı. Azlıqda qaldıqdan sonra çətin idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 25-ci turunda “Səbail”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

“CBC Sport”a açıqlamasında gürcü mütəxəssis bildirib ki, komandası xarakter göstərə bilməyib: “Rəqib hər 3 qolu standart vəziyyətdən verdi. Deyəndə ki, sona kimi oynamaq lazımdır, deməli, sona kimi də mübarizə aparmaq lazımdır. Belə məğlubibiyyət çox məyusedicidir. İstəniləmn halda qalib gəlməliydik. Azlıqda qalsaq da, 2:0 öndə idik və komanda xarakter göstərməli idi. Lakin ikinci hissədə meydanda cəmi 1 komanda oynayırdır. Təəssüf ki, bu gün xarakter göstərə bilmədik. Eləcə də futbolçuların ustalığı çatmadı”.

Sxadadze futbolçularının hər matçda qırmızı vərəqə almasından narazılığını ifadə edib: “Bura gəldiyimiz gündən işləyirik. Gəlmişik ki, komandaya kömək edək. Sistemi dəyişdik. Qısa müddətdə dəyişiklik göz önündədir. 11-11-ə yaxşı oynayırıq. Necə ki, bu gün ilk hissədə “Səbail”dən tam üstün idik. Lakin hər matçda qırmızı vərəqə alacağıqsa, mən nə edə bilərəm? Çox məyusam. BuŞ “Qəbələ”nin cari mövsümdə artıq 12-ci qırmızı vərəqəsidir. Belə olmaz. Bu halda nəticə qazanmaq çox çətindir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30