28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Şahin Diniyev: “İkinci yerə qalxmaq asandır, qalmaq isə çətin”

“Qəbələ”yə uğurlar arzu edirəm. Çətin pedioda düşüblər. Belə komandanın Premyer Liqadan getməsi çox üzücü olar. Kaxaber Sxadadzenin gəlişindən sonra yaxşı oynayırlar”.

Fubtolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

O, “CBC Sport”a açıqlamasında Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qəbələ” üzərində qazanılan 3:2 hesablı qələbəni belə şərh edib: “Bizim üçün oyun pis başladı, həmişəki kimi. Hər zaman burda matça uğursuz start veririk. İkinci hissə əvəzetmələrlə, yerdəyişmələrlə oyunu dəyişməyə çalışdıq. İki hücumçu ilə çıxış etməyə başladıq. Bu, oyuna təsir etdi. Dinamik, keyfiyyətli futbol sərgilədik. Düşünürəm ki, düzgün yoldayıq. Bizim üçün çox vacib qələbə idi”.

Qəbələdəki qələbə sayəsində Şahin Diniyevin komandası turnir cədvəlində ikinci pilləyə yüksəldi. Təcrübəli mütəxəssis bu yerdə qalmağın çox çətin olduğunu söyləyib: “İkinci pillədə qalmaq üçün ilk növbədə sabitlik lazımdır. Eləcə də zədəlilər, itkilər olmasın. Hazırkı heyətimiz yetərincədir. Özünəinamı saxlaya bilsək, yaxşı olacaq. Turnir cədvəlində vəziyyət elədir ki, udursan ikinci pilləyə qalxırsan, uduzursan yeddinci yerə düşürsən. Buna görə stabil olmaq lazımdır. Komanda öz oyununu oynamalıdır. Bu yerdə olmağımız təsadüfi deyil. İkinci yerə qalxmaq asandır, qalmaq isə çətin. Bundan sonra hər matça axırıncı oyun kimi yanaşmalıyıq”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30