28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

Rüfət vurur, “Səbail” udur - SERİYAYA DAVAM

“Səbail” Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində səfərdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubunun ikinci qolunu Rüfət Abdullazadə vurub. Bununla da 23 yaşlı futbolçunun cari mövsümdəki uğurlu seriyası davam edib. Belə ki, R.Abdullazadənin cari mövsüm qol vurduğu bütün görüşlərdə komandası qalib gəlib. Daha əvvəl o, 3 dəfə - “Qəbələ”, “Turan Tovuz” və “Kəpəz”lə matçlarda fərqlənmişdi və həmin oyunların hamısında “Səbail” qalib gəlmişdi.

Bu gün də “Qəbələ” ilə qarşılaşmada Rüfət fərqləndi və komandası sonda qələbə qolunu vurdu. Beləcə Abdullazadənin uğurlu seriyası dördə çatdı. Maraqlıdır ki, “Səbail”in üzvü 4 qoldan üçünü məhz Qəbələ stadionunda vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30