27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

İlqar Nadiri: “O epizodda qapımıza penalti verilsəydi, heç kim etiraz etməzdi”

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadirinin Futbolxeber.az saytına müsahibəsi

 

- Komandanız “Sumqayıt” üzərində qələbə qazanmaqla sonuncu pillədəki “Qəbələ” ilə xal fərqini bir qədər də artırdı. Demək olar ki, “Kəpəz” artıq toparlanıb?

- Bəli, komanda artıq toparlanıb, özünəinamı var, mübarizə aparır. Heç bir rəqbidən çəkinmir. Sona kimi mübarizə aparır, döyüşür, xallarını qazanır.

- Uğurlu çıxışı növbəti turdakı “Neftçi” ilə matçda da davam etdirə biləcək?

- Tək “Neftçi” yox, bütün rəqiblərlə oyunlar çətin keçir. Qarşıdakı görüş də istisna olmayacaq. Hər matçda olduğu kimi, “Neftçi” ilə görüşdə də xal və xallar qazanmaq üçün futbolçular əllərindən gələni edəcək. Əsas odur ki, komandada hər futbolçu özünə, məşqçiyə, kluba inanır. Azarkeşlərin də dəstəyi “Kəpəz”ə əlavə motivasiya verir.

- Bundan sonra ev oyunlarınızı Qəbələdə keçirməyəcəyinizə dair xəbər heç də birmənalı qarşılanmadı...

- Bu qərarda xüsusi bir səbəb yoxdur. Qəbələdə ot örtüyünün artıq yüklənməsinə görə “Neftçi”ni Tovuzda qəbul edəcəyik. Belə baxanda bu məqamın komandamız üçün ciddi bir fərqi yoxdur. Onsuz da bütün oyunları səfərdə keçiririk.

- “Neftçi” ilə matçdan sonra rəqiblərinizi Bakıda qəbul edəcəyinizə dair deyilənlər nə dərəcədə doğrudur?

- Belə bir ehtimal var. Lakin hələ heç nə dəqiqləşməyib. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı bu məsələ dəqiqləşəcək.

- Yəqin razılaşarsız ki, paytaxtla müqayisədə Tovuz “Kəpəz” üçün daha əlverişli variantdır...

- Məsafə baxımından elədir. Lakin ümumi olaraq biz məşqlərimizi təbii meydançada keçiririk. Bu barədə məşqçilər korpusu və futbolçularla da müzakirələrimiz olur. Onlar da bildiriblər ki, təbii ot örtüyündə özlərini daha rahat hiss edirlər.

- AFFA İcraiyyə Komitəsinin üzvləri “Kəpəz” akademiyasına baxış keçirdilər. Yaradılan şərait baxımından hər şey onları qane etdimi?

- Bəli, İcraiyyə Komitəsinin iclasından sonra akademiyaya baxış keçirildi. Əslində, akademiya uzun müddətdir hazırdı. Yüksək səviyyədə fəaliyyət üçün akademiya bütün lazımi avadanlıqlarla təmin olunub, “Kəpəz”in ixtiyarın verilib. İnanırıq ki bu akademiya  Gəncədə yeni futbolçuların üzə çıxmasına, istedadların inkişafına öz töhfəsini verəcək.

- Belə iddialar səslənir ki, sırf akademiyaya görə AFFA “Qəbələ”nin deyil, məhz “Kəpəz”in Premyer Liqada qalmasında maraqlıdır və hakim səhvləri də məhz bundan qaynaqlanır. Bu fikrə münasibətiniz necədir?

- “Sumqayıt”la oyunumuzu izlədiniz. Orda “Kəpəz”ə hansı hakim dəstəyi görə bildiz?

- Bu iddialar “Qəbələ” ilə matçdakı hakim səhvlərindən sonra səslənməyə başladı...

- Həmin matçdakı penalti epizodu ilə bağlı fikirlər ikiyə bölünür. Hakimlərin ümumi fikri belədir ki, o epizodda penal verilə də bilərdi, verilməyə də. Verilməyibsə, o demək deyil ki, hakim səhvə yol verib. Penalti verilsəydi də, heç kim etiraz etməzdi. Topun əllə təması var idi. Lakin hakimlər bildirirlər ki, bu, təbii təmas idi. Bizə qarşı da hakim səhvləri olur. Bütün oyunları onsuz da səfərdə keçiririk. Bu, komanda üçün çox çətindir. Üstəgəl, hakim səhvləri ilə də üzləşəndə bizim üçün ikiqat çətin olur.

- Artıq “Kəpəz”in də yeni avtobusu da var...

- “Kəpəz”in şəxsi avtobusunun olmasını çox istəyirdik. Bunun üçün 100K layihəsi başlamışdı. Təəssüf ki, orda istənilən nəticəyə gələ bilmədik, az məbləğ toplanmışdı. Büdcədə ekonomiya edərək avtobusun olmasını təmin etdik. Belə demək mümkündüsə, bu, uzun axtarışlardan sonra ərsəyə gəldi. 

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30