27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Azər Bağırov: "Hakimlər də bəzən yaramıza duz səpirlər"

"Uduzanda çox şeydən danışmaq olmur. Səhvləri komanda ilə birgə müzakirə edəcəyik. Meydanda görmək istəmədiyimiz hallar oldu. Futbolçulara "Sabah"ın daha çox əks-hücumlarda oynayacağını demişdik, ancaq meydanda tam fərqli vəziyyət gördük".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "Araz-Naxçıvan"n baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
"İkinci hissədə üstün olduğumuz vaxtda qol vura bilmədik, bu azmış kimi, hakimlər də bəzən yaramıza duz səpirlər. Onlar haqda çox danışmaq istəmirəm.
 
Heyətin yetərsiz olduğunu deyə bilmərəm, əsas odur ki, əlində olan "material"dan istifadə edəsən. Edə bilmirsənsə, bunu bəhanə etmə. Orxan həmin epizoddan düzgün istifadə edib qol vura bilsəydi, oyunun axarı fərqli olacaqdı. Səhvlər üzərində işləməliyik" - deyə o bildirib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30