28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

Rəşad Sadıqov: “Bu bir xal bizim üçün qızıla bərabərdir”

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Zirə” öz meydanında “Turan Tovuz”la heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında paytaxt klubunun baş məşqçisi 1:1-lik heç-heçəni belə şərh edib:

“Birinci hissə bizim üçün ağır oldu. Gözlənilməz hadisələr çox baş verdi. Əslində oyuna yaxşı başlamışdıq. Lakin sonradan gözləmədiyimiz hallar baş verdi. Əvvəlcə Məqsəd zədələndi, azlıqda qalarkən rəqib bundan faydalandı, hesabda önə keçdi. Oyunu bərabərləşdirməyə çalışırdıq ki, Utsiq zədələndi. Meydançaya buraxmağa hücumameyilli oyunçumuz yox idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komanda mübarizə apardı. Bu qədər hadisədən sonra ikinci hissədə əzmkarlıq göstərib bir xal qazandıq. Azlıqda qalarkən standart vəziyyətlər çox böyük rol oynayır. Düşünürəm ki, vacib bir xal qazandıq. Təbii ki, qələbəyə köklənmişdik və amma ilk hissədə baş verənləri nəzərə alsaq, bu gün qazanılan bir xal bizim üçün  qızıla bərabərdi”.

Daha sonra R.Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Sizcə, oyunda qırılma nöqtəsi “Zirə”nin zədəliləri oldu, ya qırmızı vərəqə?

- Hamısı önəmlidir. Sərəncamımda hücumameyilli oyunçular azdır. Rafaellə Məqsədin zədələnməsi ilə hücumdakı kreativliyimiz düşdü. Rəqib daha ürəkli oynadı. İlk hissənin son 10 dəqiqəsi çox ağır keçdi. Fasilədən sonra daha əzmkar idik. Uduzmamaq üçün futbolçular hər şeyi etdilər, penaltidən hesabı bərabərləşdirdik. Onu da nəzərə alaq ki, “Turan Tovuz” yaxşı komandadır. Ayxan müəllim və komandası xoş sözlərə layiqdir. Oyundan öncə də, matçın gedişində də onların planlarını pozmaq çətindir.

- Meza Kollini heyətinizəm qatdınız. O, komanda üçün nə dərəcədə faydalı olacaq?

- İstərdim yanvardan sərəncamımda olsun. Çoxsaylı itkiləri nəzərə alaraq, hücumçu transfer etmək istəyirdik. Lakin rəhbərliklə danışdıq, forvard əvəzinə Meza Kollini heyətə qatdıq. Son rəsmi oyununu 10 ay öncə keçirib. Ona vaxt lazımdır, bizim isə vaxtımız yoxdur. Hansısa oyunda bizə 15-20, hansısa oyunda 90 dəqiqə kömək edəcək. Üstəlik, bu gün Rafael də zədələndi. Çalışacağıq ki, bütün bunların öhdəsindən gələk.  

- Bu gün meydana 3 mərkəz müdafiəçisi ilə çıxmağınız sırf rəqibə görə idi?

- Qismətin cəzalı olması da bu seçimə təsir göstərdi. 1-2 futbolçunu itirdikdə bu, oyun planımıza təsir edir. Bu sistemi yoxladıq. 35-40-cı dəqiqələrdə yenidən dördlü müdafiəyə qayıtmaq istəsək də, azlıqda qaldıq. Sonradan dördlü müdafiəyə keçdik. Ümumi götürsək, matç düşündüyümüz kimi keçmədi.

- Zədəli olan hücumçularınız Filipe Paxtman və Rüstəm Əhmədzadənin son durumu necədir?

- Rüstəm 2-3 həftə sonra komanda ilə birgə məşqlərə başlayacaq. Paxtman isə mövsümü başa vurub. Tezliklə əməliyyat olunacaq.

- AFFA prezidentliyi ilə bağlı fikirləriniz necədir?

- Xeyirli-uğurlu olsun. Əsas odur ki, futbolumuz üçün faydalı olsun.

- Dünən “Sumqayıt” uduzdu, bu gün siz xal itirdiniz. Sabah “Qarabağ” “Neftçi”ni məğlub etsə, sona 11 tur qalmış Ağdam klubu ən yaxın izləyicisi ni 24 xal qabaqlayacaq. Bu da o deməkdir ki, “Qarabağ” artıq sona 8 tur qalmış növbəti çempionluğunu rəsmiləşdirə bilər. Ağdamlıların gücü məlumdur, amma həqiqətənmi bu dərəcədə böyük fərq var?

- Burda yeganə səbəb “Qarabağ”ın gücüdür. Digər rəqiblərin öz aralarındakı oyunlar çox çətin keçir. Hər komanda vuruşur. Ötən tur 3:0 hesabı ilə qalib gəlsək də, oyun həddindən artıq çətin keçmişdi. “Qarabağ”la rəqabət aparmaq üçün hər komanda keyfiyyətli olmalıdır.

- AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev liderlə ikinci yer arasında bu dərəcədə böyük xal fərqi olmasını biabırçılıq adlandırıb...

- Mən belə düşünmürəm. “Qarabağ” həqiqətən də çox güclüdür. Mövsümün əvvəlində biz də lider olmuşduq. Amma sonradan mövqeyimizi əldən verdik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30