2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Zirə” itirə-itirə gedir (YENİLƏNİB)

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində öz meydanında “Turan Tovuz”u qəbul edən “Zirə” matçın əvvəlində daha bir futbolçusunu itirib.

Futbolxeber.az saytının məlumatına görə, Məqsəd İsayevin ardınca Rafael Utsiq də zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Braziliyalı futbolçunun əvəzinə 25-ci dəqiqədə Eldar Quliyev daxil olub.

***

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində öz meydanında “Turan Tovuz”u qəbul edən “Zirə” itki ilə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubunun müdafiəçisi Məqsəd İsayev matçın əvvəlində zədələnib. İkili mübarizə zamanı xəsarət alan futbolçu Fuad Bayramovla əvəzlənib.

Qeyd edək ki, “Zirə” məhz Məqsəd İsayev zədələnib meydanı tərk etdiyi anda azlıqda qalarkən qapısında qol görüb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31