9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Maksim Medvedev: “Milan” və ya “Liverpul” düşsəydi, daha yaxşı olardı”

“Fərqi yoxdur, yorğunuq, yorğun deyilik. Çünki heyətimiz genişdir. Həm də “Qəbələ” ilə oyun bizim üçün vacib idi. Hazırda komanda yaxşı vəziyyətdədir və çalışırıq hər oyunda qalib gələk”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” oyunu barədə danışarkən deyib.

Təcrübəli müdafiəçi komandasının 4:0 hesablı qələbəsini belə şərh edib: “Qəbələ”yə qarşı yaxşı oynadıq. Növbəti 3 xalımızı qazandıq. Artıq bundan sonra “Neftçi” ilə matçı fikirləşəcəyik”.

M.Medvedev bildirib ki, bəzən baş məşqçi Qurban Qurbanov məşqlərdə futbolçulara müəyyən qədər güzəşt edir: “Qrafikimiz sıx olsa da, bu görüş təxirə salınmadı. Təbii ki, çətin idi, müəyyən qədər yorğunluq var idi. Amma işimiz budur, şikayətlənməməliyik. Baş məşqçi də bizə lazımi motivasiyanı verir. Hətta yorğunçuluq olmasında deyə bəzən məşqlərdə belə bir qədər güzəşt edir”.

O, növbəti matça qədər fiziki baxımdan hazır olacaqlarını söyləyib: “Yorğunluğu aradan qaldıracağıq, peşəkarıq. Kollektiv mükəmməldir, hər şey qaydasındadır. Yaxşı dincəlib oyunlara hazırlaşmaq lazımdır. İnanıram ki, “Neftçi” ilə matça qədər hər şey qaydasında olacaq”.

35 yaşlı müdafiəçi Avroliqanın 1/8 final mərhələsinin püşkünü də dəyərləndirib: “Bayer” çox güclü rəqibdir. Artıq bu mövsüm onlara qarşı oynamışıq. Hər nə qədər çətin olsa da, əlimizdən gələni edəcəyk. Əslində, “Bayer”dənsə “Milan” və ya “Liverpul” düşsəydi, daha yaxşı olardı”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31