27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Elxan Məmmədov “Reuters”ə danışdı: “Yeni təcrübə imkanı qazanacaqlar”

FIFA yoldaşlıq oyunları seriyası hesab olunan və bir məkanda keçirilməsi nəzərdə tutulan yeni seriyaya start verib. "FIFA Series" adlanan tədbir növbəti aydan 4 ölkədə start götürəcək.

Futbolxeber.az saytının məlumatına görə, heç bir kubok və uduş mükafatının nəzərdə tutulmasa da, FIFA bu turnirin milli komandalara digər federasiyalardan olan yığmalarla oynayıb böyük təcrübə qazandıracağını açıqlayıb. Buna qədər milli komandaların belə bir imkan əldə etmədiyini bildirən qurum səfər xərclərini qarşılayacaqlarını diqqətə çatdırıb.

Martın 18-dən 26-na qədər davam edəcək turnir 4 ölkə - Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri Lankada baş tutacaq. Mili komandalar hər biri iki matç keçirəcək.

FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov bununla bağlı “Reuters”ə müsahibəsində bildirib ki, bəzi ölkələr heç vaxt öz federasiyalarından kənarda yerləşən milli komandalarla oynamayıb: “Onlar fərqli üslubda oynayan millilərlə qarşılaşaraq yeni təcrübə imkanı qazanacaqlar. Hazırda sözügedən pilot layihədə 20 milli komanda iştirak edəcək. 2026-cı ildə bu komandaların sayının artacağına ümid edirik”.

Elxan Məmmədov bildirib ki, hazırda yayım məsələlərinin həll olunması istiqamətində işlər aparılır: “Bu turnirin təqvimi ilə bağlı digər konfederasiyalar tərəfindən narazılıq olmayıb. Hazırda daha yüksək reytinqə malik komandaların bu turnirdə iştirakı istiqamətində onlarla danışıqlar aparılır. Onlar bu turnirə ev sahibliyi mövzusunda böyük maraq göstərir”.

Elxan Məmmədov qeyd edib ki, turnirə hər bir üzv assosiasiyalar öz şəxsi sponsorluqları ilə qatılıblar: “Əgər şirkətlər bu turnirə birbaşa sponsor olmaq istəsələr, FIFA bu mövzuda etiraz etməyəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30