9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Yeqor Boqomolski: “Təəssüf ki, bu cür oyunlarda xal itiririk”

“Neftçi”nin hücumçusu Yeqor Boqomolskinin Futbolxeber.az saytına müsahibəsi

 

- “Turan Tovuz”la görüşdə hesabı açsanız da, 3 xalı əldən verdiniz. Qələbəni qorumaq üçün nə çatışmadı?

- Təəssüf ki, 2 xal itirdik. Halbuki qələbə qazanmağa yaxın idik. Matçın sonunda qapımızda qol gördük. Nə etmək olar? Artıq növbəti görüşləri düşünməliyik. Təəssüf ki, bu cür oyunlarda xal itiririk.

- Oyun bitdikdən sonra azarkeşlərlə aranızda narazılıq yaranmışdı. Həmin anda nə baş vermişdi?

- Azarkeşlər lehimizə nələrsə söyləyirdilər. Azərbaycan dilində başa düşmədiyim üçün nə dediklərini dəqiq bilmirəm. Amma xoş nəsə demədikləri hiss olunurdu. Odur ki, dərhal paltardəyişmə otağına yollandım.

- Baş məşqçi dəyişikliyi də oldu, lakin “Neftçi” hələ də ideal oyun sərgiləyə bilmir, stabil çıxış etmir. Problem nədədir?

- Konkret səbəb göstərmək çətindir. Bilmirəm nə deyim. Çünki komandada hər hansı problem yoxdur, hər şey qaydasındadır.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunla “Neftçi” lideri büdrədə bilər?

- Çalışacağıq. Məlum məsələdir ki, çox çətin olacaq. Rəqib güclü olsa da, əlimizdən gələni edəcəyik.

- “Neftçi” ilə matça qədər “Qarabağ” həftə arası təxirə salınmış oyunda “Qəbələ” ilə də üz-üzə gələcək. Bu məqam sizin lehinizə ola bilər?

- Buna ümid etmirik. Çünki “Qarabağ”ın çox keyfiyyətli oyunçuları var, üstəlik, heyətləri də genişdir. Ona görə də rəqibin heyətlə bağlı hər hansı problem yaşayacağını inanmıram.  

- Yeri gəlmişkən, “Qarabağ”ın “Braqa” ilə oyununu izlədiniz?

- Bəli, oyuna baxdım. Çox maraqlı matç idi. “Qarabağ” əzmkarlıq nümayiş etdirərək, sonadək mübarizə apardı.

- Bəs “Bayer”lə matçlarda “Qarabağ”ın şansını necə dəyərləndirirsiniz?

- “Bayer” hazırda çox yaxşı formadadır. Bunu hər kəs bilir. Rəqibin gücü ortadadır. Həm də Avroliqanın 1/8 finalıdır və bu mərhələdə asan oyun omayacaq. Bununla belə, “Qarabağ”a azarkeşlik edəcəyik.  

Fərəc ASLANOV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31