28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Alvaro Djalo: “Qarabağ” bizi son anda “öldürdü”

"Qarabağ" azlıqda qalandan sonra rəqibin üstünə getdik və ən çətin işin öhdəsindən gəldik. Qol vurmağımız oyunu əlavə vaxta apardı. Amma onlar cərimə zərbəsindən çox sürətli şəkildə 2-ci qolu vurdular və bizi son anda "öldürdülər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Braq"nın futbolçusu Alvaro Djalo UEFA Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab matçından sonra "o jogo"ya açıqlamasında deyib.

Oyunda 2-ci qolu vuran portuqaliyalı hücumçu mübarizəni dayandırdıqları üçün üzüldüyünü bildirib: "Qolu vuranda düşündüm ki, biz mərhələni keçə bilərik. Çünki bunu bacardığımızı nümayiş etdirirdik. Rəqib oyunçusu qırmızı vərəqə aldıqdan sonra komandamıza güvənirdim. Sonra penalti ilə qol vurduq. Amma son anda "Qarabağ" da qol vurdu. İşlər yaxşı getməyəndə, bu, futbolçuları əsəbiləşdirir. Amma futbol belədir. Çalışıb meydanda özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım, amma bu məğlubiyyətə görə üzülürəm”.

Xatırladaq ki, "Qarabağ" iki oyunun nəticəsinə görə (4:2, 2:3) 1/8 finala adlayıb. "Braqa" isə avrokuboklarla vidalaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30