27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Qarabağ" UEFA reytinqində "Qalatasaray"ı geridə qoyd

Avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA-nın klub reytinqində dəyişikliklər olub.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ” "Braqa"nı keçərək Avropa Liqasının 1/8 final mərhələsinə yüksəlməsi sayəsində UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb.

İndi aktivində 32.000 xalı olan Ağdam təmsilçisi 60-cı yerdən 56-ci pilləyə yüksəlib. "Fənərbaxça" və "Seltik"lə ilə eyni yeri bölüşən "Qarabağ" Avropa Liqasında mübarizəni dayandıran "Qalatasaray", eləcə də "Fionrentina"nı geridə qoyub.

Ölkələrin reytinqində isə Azərbaycan yenə 27-ci yerdədir. Ancaq artıq avrokuboklarda təmsilçisi olmayan Bolqarıstandan (19,875) cəmi  0,500 xal geri qalırıq. Bu da o deməkdir ki, "Qarabağ"ın 1/8 finalda bir qələbəsi Azərbaycanın Bolqarıstanı geridə qoymağına kifayət edəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30