28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

Veşoviç: "Bu uğuru qazanmaq üçün ölməyə belə hazır idik"

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının pley-off mərhələsində ümumi hesabda "Braqa"nı məğlub edərək (ilk oyun - 4:2, cavab oyunu - 2:3) 1/8 finala adlamaqları barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 32 yaşlı müdafiəçi Bakıdakı cavab görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib: “Nə hiss edə bilərəm? Biz xoşbəxtik, razıyıq. Biz tarixi nəticə əldə etdik. Bu gün bu uğuru qazanmağa görə ölməyə belə hazır idik. Növbəti mərhələyə vəsiqə qazandıq. Bu bizim üçün çox vacibir. Biz xarakterimizi göstərdik. Güclü rəqibə qarşı yüksək səviyyədə oyun nümayiş etdirdik”.

O, öz oyunundan da razı qaldığını vurğulayıb: “Bu gün özümdən də razıyam. Komandama kömək etdim. Düşünürəm ki, bütün oyunçular yaxşı oynadılar. Bütün oyunçular 100 faiz güclərini, ürəklərini ortaya qoydular.  Emosional bir matç idi. Yəqiin ki, hamı bunu görürdü. Düşünürəm, azarkeşlər də bu gün xoşbəxt və razıdırlar”.

Veşoviç 1/8 finaldakı potensial rəqibləri haqda belə deyib: “Heç bir rəqibə üstünlük vermirəm. Sadəcə şadıq və bu andan həzz almaq istəyirik”.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30