27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Artur Jorje: "Mənə ən çox təsir edən buraxdığımız ikinci qol oldu"

"Bura məğlub durumda gəlmişdik. İlk oyunda neqativ nəticə qeydə alınmışdı. Vəziyyəti xeyrimizə dəyişmək üçün qələbə lazım idi. 90 dəqiqə ərzində tarazlıq yaratdıq. Komanda yaxşı işlədi, vuruşdu, mübarizə apardı. Bəzi səhvlərə yol verdik. Onlar olmamalıydı. Amma ümumilikdə komanda vuruşdu. Həmin səhvlər cütün taleyini həll etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. "Braqa" cavab matçında, Bakıda 3:2 hesabı ilə qalib gəlsə də, ilk görüşdə - evdə "Qarabağ"a 2:4 hesabı ilə uduzduğu üçün ümumi hesabda (5:6) məğlub olub və turnirdə mübarizəni dayandırıb.

Mütəxəssis bildirib ki, tez bir zamanda bərpa olmalı və yollarına davam etməlidirlər: "İlk oyunda qeydə alınan həmin nəticə bizi burada qələbə qazanmağa məcbur edirdi. Qalib gəldik. Amma mərhələ keçmək üçün yetərli olmadı. Tez bir zamanda bərpa olmalıyıq. Komanda çox güc sərf etdi, həm mənəvi, həm də fiziki cəhətdən. Bazar ertəsi növbəti oyunumuz var. Tez hazırlaşmalıyıq".

Artur Jorje "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin "Braqa"ya vurduğu qolun ona daha çox təsir etdiyini söyləyib: "Heyətdə bəzi dəyişikliklər etmişdim. Buna məcbur idik. Heyətdə daha hazır oyunçular olmalı idi. Ümumi hesabı bərabərləşdirə bilmişdik. Mənə ən çox təsir edən buraxdığımız ikinci qol oldu. Belə səviyyəli yarışda belə qol buraxmaq, bağışlanmaz səhvdir".

"Portuqaliyada ilk oyunda azarkeşləriniz 4-cü qoldan sonra ağ bayraq qaldırmışdılar. Siz özünüz necə, bu nəticəyə görə ağ bayraq qaldıraraq istefa verməyi düşünürsünüzmü" sualına belə cavab verib: "Siz bütün mövsümü analiz edirsiniz, yoxsa bir oyunu? Nə deyim? Onu deyə bilərəm ki, mərhələni keçmək istəyirdik. Qalib gəldik, amma yetərli olmadı".

O, qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib: "Qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Hansı hisslərlə qayıdacağam? Təəssüf ki, Avropa Liqasını tərk edirik. Artıq yerli çempionata köklənəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30