28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ"ın 1/8 finaldakı 8 potensial rəqibi

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, "pley-off"da "Braqa" (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan "Qarabağ" da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu mərhələdə "pley-off"un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış "Bayer" də (Almaniya) var.

Ümumilikdə Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Slaviya" (Çexiya)

Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30