28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

DYP "Qarabağ" - "Braqa" oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün "Qarabağ"la "Braqa" arasında keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.
 
Futbolxeber.az saytının məlumatına görə, müraciətdə oyunu izləməyə gələn azarkeşlərdən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
 
"Keçiriləcək matçla əlaqədar digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunu nəzərə alaraq ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur", - idarənin məlumatında vurğulanıb.
 
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də Azərbaycanın "Qarabağ" futbol klubu ilə Portuqaliyanın "Braqa" klubu arasında futbol matçı keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30