28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Sabah “Qarabağ”ın oyununa görə metro gecə saat 01:00-a qədər işləyəcək

Fevralın 22-dən fevralın 23-nə keçən gecə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ Futbol Klubu" MMC-nin ev oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

Futbolxeber.az saytının səhmdar cəmiyyətə istinadən verdiyi məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.

“Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya, əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.

Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30