28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Bakıda daha səliqəli və intizamlı oynamalıyıq”

"Bizim üçün çox vacib və dəyərli oyundur. Bu oyun ətrafında çox da danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunu üçün bu gün təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Braqa" haqda əlavə məlumata ehtiyac yoxdur: "Portuqaliyada da demişdim ki, ilk matçın nəticəsi bizi aldatmalı deyil. Əksinə, Bakıda daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı da sırf bu yöndə hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım Bakıda daha istəkli, soyuqqanlı olacaqlar və daha düzgün oynayacaqlar. Sabaha kimi vaxtımız var. Rəqibi futbolçularımıza daha yaxından tanıdacağıq. Oyunu yaxşı notlarla başa vurmaq istəyirik. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq”.

Baş məşqçi komandada zədəli futbolçu olmadığını bildirib.

Qurbanov "Braqa" rəhbərliyinin futbolçuların qarşısına Bakıda qələbə qazanmaqla bağlı tələb qoymasının gözlənilən olduğunu qeyd edib: "Başqa cür ola da bilməzdi. "Braqa" böyük klubdur, onların növbəti mərhələyə çıxmaq şansı daha çox idi. Məşqçi kimi bunu normal qarşılayıram. Psixoloji məsələyə gəlincə, rəhbərliyin fikri inanmıram ki, psixoloji təsir etsin. Biz "Braqa"nın gücünü bilirik. Məğlub olmaqları o demək deyil ki, biz onlardan üstünük, ya onlar bizdən zəifdir. Belə fikir bizdə yoxdur. Portuqaliyada da futbolçularla danışanda dedim ki, Bakıdakı matçda daha aktiv olmalı, daha çox güc sərf etməliyik ki, "Braqa"nı saxlayaq. Çox sürətli oyunçulara malikdirlər. Əksər rəqiblərə uyğun və xoş olmayan oyun tərzləri var. "Braqa"nın böyük təcrübəsi var. İllərdir ki, bu cür gərgin oyun oynayan komandadır. Biz özümüzü sırf oyuna hazırlamışıq”.

"Qarabağ"ın çalışdırıcısı qeyd edib ki, bu cür oyunlarla həm futbolçuları, həm də futbol ictimaiyyəti böyüyür: "Belə durum yaranıb ki, Avropadakı istənilən oyundakı qələbə bizim futbol üçün böyük uğur sayılmalıdır. Çünki bu, bizim üçün çox vacibdir. Daha stabil olmaq üçün belə uğurlara çox ehtiyac var. Pley-off oyunlarında bu cür qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox lazımdır. Belə oyunlarla futbol ictimaiyyəti böyüyür. Hamı bir yerə yığışır. Uğur da öz yerində. Mənim üçün vacib olan azarkeşləri bu cür oyunlara kökləmək və inandırmaqdır. Biz yanaşsaq ki, ən böyük uğurumuzdur, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə, həvəsli, inamlı oluruq. İstər-istəməz nəinki azarkeşlər, hətta dövlət orqanlarının oyunlara marağı böyüyür. Bu da futbolumuzun inkişafı üçün yaxşıdır. Həmişə istəmişəm, bura böyük komandalar gəlsin ki, futbola və bizə maraq, inam daha da artısın. Bu, uğur sayıla bilər, amma bununla dayanmalı deyilik. Düzdür, hələ uğur əldə olunmayıb. Bəli, ilk oyunda qalib gəlmişik. Ancaq sabah uduzsaq da, bunu uğursuzluq adlandırmaq olmazdı. Çünki səfərdə udmuşuq. Demək ki, işimizi aktivləşdirsək, möhkəmləndirsək, qarşıdakı illərdə rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30