28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

“Şansları bərabər qiymətləndirirəm”

“Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Biz də matça ciddi hazırlaşmışıq. Şansları bərabər dəyərləndirirəm. İlk oyunda qazandığımız 4:2 hesablı qələbə heç nəyi dəyişmir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Juninyo Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, "Braqa" "Qarabağ"ın necə komanda olduğunu bilir: "Məncə, "Qarabağ" ilk oyunda "Braqa"nı təəccübləndirmədi. Onlar bizim necə komanda olduğumuzu bilirdilər, bizi tanıyırdılar və bizdən bu cür oyunu gözləyirdilər. Yəqin ki, "Braqa"nın sabahkı oyuna görə strategiyası olacaq və bunu görəcəyik".

Braziliyalı hücumçu Portuqaliya təmsilçisinin təhlükəli olduğunu bildirib: "Braqa"nın Avropa Liqasına Çempionlar Liqasından gəlməyi onların təhlükəli olduğunu göstərir. Öz azarkeşlərimizin qarşısında oynamağımız önəmlidir. "Braqa" yaxşı komandadır. Buna diqqət yetirməliyik. Ümid edirəm ki, maraqlı bir oyun olacaq".

Juninyo "Qarabağ"a tez uyğunlaşdığını da qeyd edib: "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik".

Komandadakı ab-havadan da söz açan futbolçu rəqibin oyunçularının və baş məşqçisinin qələbə qazanacaqları haqda açıqlamalar verməsinin "Qarabağ"a təsir etmədiyini deyib: "Futbolçularımız oyuna kökləniblər. Komandamızda ab-hava yaxşıdır. İnanmıram ki, bu cür açıqlamalar bizə hansısa təsir göstərsin. Portuqaliyadakı oyun həm "Braqa" üçün, həm də bizim üçün çətin oldu. İnamlı qələbə qazandıq. Hər şey qarşılaşmadan asılı olacaq. Ümid edirəm ki, oyun bizim xeyrimizə başa çatacaq".

O, "Qarabağ" və "Braqa"nın mərhələ adlamaq şanslarını da dəyərləndirib: "Şansları 50/50-yə dəyərləndirirəm. Bura Avropa Liqasıdır, burada hər nəticə gözləniləndir. İlk oyunda 4:2 hesablı qələbə hələ heç nə demək deyil".

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Braqa" matçı saat 21:45-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30