28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

“Sumqayıt”dan yubiley heç-heçəsi

“Sumqayıt” Azərbaycan çempionatlarında 50-ci ev heç-heçəsinə imza atıb.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının XXIII turuna təsadüf edib.
 
Samir Abasovun yetirmələri “Turan Tovuz”la qolsuz “sülh”ə nail olublar. “Gənclik şəhəri” təmsilçisi ölkə çempionatlarının 32 illik tarixinə öz meydanında 50 və daha çox heç-heçə edən 8-ci komanda kimi düşüb.
 
2011/2012 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın yubiley heç-heçəsi evdəki 193-cü matça təsadüf edib. Sumqayıtlıların ilk belə bərabərliyi isə 2011-ci il sentyabrın 11-də qeydə alınıb. “Qarabağ”la ev qarşılaşması qolsuz başa çatıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30