28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

Kilan Lebon: “Zirə” ilə oyunda qələbəyə layiq idik”

“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebonun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə” ilə matçda 3 xal qazandınız. Minimal hesablı qələbəni necə şərh edərdiniz?

- Matç bizim üçün yaxşı keçdi. Aqressiv rəqibə qarşı oynamaq asan deyil. Bununla belə, "Zirə"dən daha çox qol epizodu yarada bilirdik. Bizim üçün hər şey uğurlu oldu.

- Sarı vərəqə aldığınız epizodda hakimin kəskin etiraz etməyiniz nədən irəli gəlirdi?

- Top məndə idi və rəqibə də zərbə vurmaq niyyətində deyildim. Hakimə dedim ki, ola bilər bu, qayda pozuntusudur, amma sarı vərəqəyə layiq deyildim.

- Bəs 100 faizlik qol şansını qaçırdığınız epizod barədə nə deyə bilərsiniz?

- İnanılmaz bir epizod idi. Bilmirəm nə deyim... Ani diqqətsizlik, yaxud bəxtsizliklə əlaqələndirim... Ümid edirəm, bu cür hal bir daha təkrarlanmayacaq.  

- Qalib gəlməyinizə baxmayaraq, "Neftçi" stabil oyun sərgiləmir. Buna əsas səbəb nədir?

- Ötən matçda məğlubiyyətə heç bir səbəb gətirə bilmirəm. Yalnız onu deyə bilərəm ki, həmin məğlubiyyət bizə təsir etdi və bugünkü oyuna yüksək enerji ilə çıxmışdıq. Nəticədə layiq olduğumuz qələbəni qazandıq. Həm bu cür yaxşı oynamağa, həm də qələbələr qazanmağa davam edəcəyik.

- Qeyri-stabilliyi yeni baş məşqçinin sisteminə tam uyğunlaşa bilməməyinizlə əlaqələndirmək olar?

- Düşünürəm ki, hər zaman belə situasiyalar olur. Yeni baş məşqçi gələrkən onun oyun üslubuna öyrəşməyə ehtiyac duyursan. Baş məşqçiyə bizdən istədiyini verə bilirik. Bir neçə oyunda artıq qələbə qazanmağa nail olmuşuq. Gələcəkdə də, hər şey yaxşı olacaq. Gördüyünüz kimi, “Zirə” ilə matçda da qələbə üçün oynadıq. Vacib oyun idi və belə davam etməliyik.

- Növbəti matçda səfərdə "Turan Tovuz"a qarşı oynayacaqsınız...

- Bu çempionatda asan matç yoxdur. Eynilə, növbəti həftə baş tutacaq oyunda da bizi həm ağır səfər, həm də gərgin qarşılaşma gözləyir. Qələbə qazanmağa ehtiyacımız var. Ümid edirəm ki, belə də olacaq.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30