28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Bojoviç: “Rza ardıcıl iki epizodda bizi xilas etdi, bəxtimiz gətirdi”

“Bilirdik ki, çətin oyun olacaq. “Zirə müdafiədə yaxşı oynayan, az qol buraxan komandadır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Monteneqrolu mütəxəssis matçın əvvəlində bəxtlərinin gətirdiyini bildirib: “Rəqib oyuna çox fəal başladı. Rza ardıcıl 2 epizodda bizi xilas etdi. Bu baxımdan bəxtimiz gətirdi. Sonradan hesabı açdıq. Fasilədən sonra ikinci qolu vura bilərdik. Lakin bunu bacarmadıq, ona görə hakimin final fitini gərginliklə gözlədik”.

O, son zamanlar sıx qrafikdə oynadıqlarını söyləyib: “Son 28 gündə 7 oyuna çıxmışıq. Hər 4 gündən bir matç keçirdik. Mən komandaya gələndə zədəli oyunçuların sayı çox idi. Çempionatın startına 2 gün qalmış 2 transfer etdik. Eləcə də Ozobiç və Qarayev oktyabr, noyabrdan oynamırdı. Komandanın yaş faktoru da özünü göstərir. Bərpa üçün daha çox vaxt lazım gəlir”.

Bojoviç bildirib ki, bugünkü matçda komandası üçün prioritet 3 xal idi: “Araz-Naxçıvan”a uduzandan sonra bizə qələbə çox lazım idi. Həm əhval-ruhiyyəni qaldırmaq, həm də özünəinamı bərpa etmək üçün. İndiki məqamda 3 xal bizim üçün çox vacibdir”.

O, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun hesaba alınmayan qollarla bağlı fikirlərini şərh etmək istəməyib.

“Neftçi”nin çalışdırıcısı “Sizcə, “Zirə” erkən qol vursaydı, oyunun taleyi necə olardı?” sualını belə cavablandırıb: “Bilmirəm nə deyim. Yəqin ki, çətin olardı. Bəzən bəxt da sənin yanında olmalıdır. Bu, “baba nənə olsaydı” söhbətinə oxşayır”.

Bojoviç “Qarabağ”ın Avroliqada “Braqa” səfərində qazandığı qələbəyə də toxunub: “Nəticəyə görə sevinirəm. Çünki “Qarabağ” Azərbaycan futbolunu təmsil edir. Avropada istənilən qələbə Azərbaycandakı futbolun səviyyəsini qaldırır. Nə qədər burdayam, Azərbaycanın istənilən klubunun Avropadakı qələbəsini xoş qarşılayacam, onlara azarkeşlik edəcəm. Təbii ki, daxili çempionat matçları istisnadır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30