28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Rəşad Sadıqov: “Gələn dəfə gərək daha çox qol vuraq ki, bəlkə biri sayıla”

“MƏN BU İKİ HAKİMDƏN QURTULA BİLMİRƏM”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qarşı keçirilən oyundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında mütəxəssis əvvəlcə komandasının 0:1 hesablı yenilgisini şərh edib:

- Oyuna çox yaxşı başlamışdıq. Amma qapımızda erkən qol gördük. Rəqib ani diqqətsizlikdən, boşluqdan yararlandı. Sonra qollar vursaq da, heç biri qeydə alınmadı. Futbolçularım bu gün qəhrəmancasına mübarizə aparırdılar. Onları bağrıma basıram. Sona kimi mübarizə aparmalıyıq, həm meydanda, həm meydandan kənar amillərlə. Möhkəm kollektivimiz var. Allahın izni ilə mövsümü istədiyimiz nəticəni başa vurarıq.

- Sizcə, oyunun nəticəsi ədalətli idi?

- Ən azı məğlub olmamalı idik. Matçın startında şanslarımız oldu. Xüsusən Utsiqin epizodu. Bu mövsüm “Neftçi” ilə oyunlarda çox ciddi şanssızlıqlar yaşayırıq. Ümumilikdə isə, son turlar 6-7 qol vurmuşuq, amma heç biri hesaba alınmayıb.

- Hesaba alınmayan ilk qol epizodunu izlədiniz? Hakimin həmin qərarı nə dərəcədə doğrudur?

- Mənim fikrimcə, orda cərimə yox idi. Topa oynayan Qismət idi. Bu halda topa oynayandan sonra nə etməlidir Qismət, uçmalıdır? Bu qol bizim qapımıza vurulsaydı, VAR baş hakimi çağırmayacaqdı. VAR-da əyləşən kim idi? Yenə də Rəşad Əhmədov. “Sabah”la oyunda da VAR-da o idi. İnanın ki, ikinci vurduğumuz qolu “Neftçi” vursaydı, o da hesaba alınacaqdı. Sistem avtomatik deyil, əllədir. Həm də hakimi VAR-a çağırırsansa, avtomatik beynini çalxalandırırsan.

- Sanki Rəhim Sadıqovun oyununda eniş var...

- Rəhim son turlarda yaxşı performans göstərir. Bu gün onu start heyətində meydana buraxmaq istəyirdik. Sadəcə özünü çox yorğun hiss edirdi deyə oynamadı. Salifu da 3 gün qızdırmalı idi. Xüsusən hücum xəttindəki itkilərimiz davam edir. Başmızda gəlməyən hadisə qalmayıb. Xasiyyətimə görə deyə bilərəm ki, ancaq mübarizə aparmalıyıq. Oyundan razıyam. Deyə bilmirəm ki, zəif oynadıq. Ola bilər, 10 turda bəlkə “Turan Tovuz”la matçda bir qədər zəif təsor bağışlamışıq. Qalan görüşlərdə yaxşı oynamışıq. Vurulan qollarımız sayılmayıb, penaltilər verilməyib. 10 turda o qədər hadisə baş verib ki, futbolçularımı tənqid də edə bilmirəm.

- Bu gün müdafiədəki səhvləri Ruan Renatonun yoxluğu ilə əlaqələndirmək olar?

- Ruanın yoxluğu oyunumuza təsir etməyə bilməzdi. Mərkəz müdafiəçiləri ümumilikdə pis çıxış etmədilər. İbrahim Abbas top itkisinə yol verdi. Müdafiəçilər daha yaxşı olmalıdırlar. Bu cür qollar buraxmaq məyusedicidir. Amma biz 100 faizlik şansları boşa veririk. Top gah rəqib qapının başına, gah sinəsənə, gah ayağına dəyir, amma heç cür qapıdan keçmir. Qol vururuq, hesaba alınmır.

- Son 10 turda qələbə qazanmamağınızın əsas səbəbi hakim səhvləridir, yoxsa hücumçuların zəif çıxışı?

- Hücumçularımızın məhsuldarlığı aşağıdır, bu, məlum məsələdir. Çünki Orxan Əliyev, yaxud Ramalinqom 8-9 futbolçumuzdan çox qol vurubsa, deməli, məshuldarlığımız aşağıdır. 23 turda qol vurmayan, assist etməyən futbolçularımız var. Əsas problem son fazadadır. Harasa tələsirik sanki. Son anda düzgün qərar qəbul edə bilmirik. Pas lazım olanda driblinq edirik, driblinq lazım olanda pas veririk. Məşqləri də hücum üzərində qururuq.

- Matçın ilk 9 dəqiqəsində 4 qol epizodunu boşa verdiz. “Neftçi”nin qapıçısının çıxışını necə qiymətləndirirsiniz?

- Rza gənc futbolçudur. Son turlar inamlı çıxış edir. Elə keçən il burda uduzanda da xeyli seyvləri vardı. Rza ən yaxşı oyunlarını bizə qarşı keçirir. Atanqana bizimlə matçda iki seyvi barmağının ucu ilə etdi. Hər dəfə nəyəsə təəccüblənirəm. Gələn dəfə gərək daha çox qol vuraq ki, bəlkə biri sayıla.

- Son turlar hakimlərdən tez-tez narazılıq edirsiniz. Bəlkə bu məqam əks təsir göstərir?

- Başqa məşqçilər məndən də çox etiraz edirlər, aqressiv danışırlar, video paylaşırlar. Onlarda niyə əks təsir göstərmir? Son 9 turun 6-da Rəşad Əhmədov bizim oyunlarda olub, ya baş hakim, ya VAR-da, ya da AVAR-da. Rəşad Əhmədov gedir, Rauf Cabbarov gəlir, Rauf Cabbarov gedir, Rəşad Əhmədov gəlir. Mən bu iki hakimdən qurtula bilmirəm. Allah bilir, mən niyə belə etdiklərinin səbəbini bilmirəm. Axirətdə biləcəyik. Amma düşüncəli, dərrakəli insanlar elə indi də hər şeyi görürlər, səbəbini bilirlər. Bizə qalan işimizi davam etdirməkdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30