28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

Mehdi Cənnətov: “Bir səhv matçın taleyini həll edəcəkdi”

“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Turan Tovuz”la bərabərə qaldınız. Qolsuz yekunlaşan görüş barədə nə deyə bilərsiniz?

- Prinsipcə, bizim üçün oyun çətin keçdi. Bir səhv matçın taleyini həll edəcəkdi. Həm uduza da bilərdik, həm də qalib gələ. Öz meydanımızda oynayırdıq. Buna görə də qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüf ki, alınmadı.

- “Neftçi” ilə matçdan fərqli olaraq, bu gün stadionda azarkeşlərin sayı az idi...

- Konkret səbəb göstərmək çətindir. Ola bilər, burda rəqibin adının da rolu var. İnanıram ki, növbəti matçlarda daha güclü dəstəyimiz olacaq.

- “Neftçi” üzərində qələbədən sonra həm “Zirə”, həm də “Turan Tovuz”la matçda qolsuz heç-heçə qeydə alındı. Buna səbəb nədir? Ola bilər ki, komandada “Neftçi” ilə matçdakı motivasiya yox idi?

- Deməzdim ki, motivasiya ilə bağlı problem var. Sadəcə komandalar artıq bir-birlərini çox yaxşı tanıyırlar. Rəqiblər üstün cəhətlərimizi bildiklərindən buna uyğun addım atırlar. Lideri və son iki pilləni çıxsaq, turnir cədvəlində kollektivlər bir-birilərinə çox yaxındırlar. Kimisə zəif, yaxud güclü adlandırmaq olmaz. Yeddi kollektivin hər bir meydanda bütün gücünü qoyur.

- Siz son iki matçda qapınızı toxunulmaz saxlasanız da, hücum xətti dişsizlik nümayiş etdirir. Hücumdakı passiv oyunu nə ilə izah etmək olar?

- Qollar gələcək. Sevinirəm ki, top buraxmırıq. Qapımızı toxunulmaz saxlamaq xoşdur. O ki qaldı fərqlənməməyimizə, son iki oyundur qol vura bilmirik. Kritik bir problem olduğunu düşünürəm.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Həftə arası Ağdam klubunu “Braqa”ya qarşı çətin görüş gözləyir. Bu məqamı “Sumqayıt” üçün üstünlük hesab etmək mümkündür?

- “Qarabağ”ın iki heyəti var. Ona görə də bizim üçün fərqi yoxdur. Razıyam ki, hazırda onlar “Braqa”nı düşünürlər. Lakin “Qarabağ” çempionata da ciddi yanaşır. Biz də həmin görüşə çox ciddi hazırlaşmalıyıq. “Qarabağ” ölkə daxili oyunlarda çox nadir hallarda büdrəyir. Ona görə də istədiyimiz nəticəni qazanmaq üçün 200 faiz gücümüzü meydanda qoymalıyıq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30