28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

Samir Abasov: “Biz artıq rəqiblər üçün açıq kitabıq”

“Bugünkü matçla bağlı “Zirə” ilə oyundan sonra narahatçılıq var idi. Görüşün necə olacağını bilmirdik. Açığı, bərpa ola bilmədik. Bu da son zamanlar sıx qrafikdə oynamağımızla bağlı deyil. Futbolçular daha çox psixoloji cəhətdən yükləniblər. Buna baxmayaraq, nizam-intizamlı oynadıq və bir xal qazandıq. Buna görə futbolçularıma minnətdaram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Turan-Tovuz”a qarşı keçirilən oyundan sonra deyib.

Təcrübəli mütəxəssis qolsuz heç-heçə ilə yekunlaşan görüşü belə şərh edib: “Komanda həm nizam-intizamı əldən verməməyə çalışırdı, həm də verilən tapşırıqları yerinə yetirməyə. Biz artıq rəqiblər üçün açıq kitabıq. Çünki hər oyuna eyni 11-liklə başlayırıq, sonra da 2-3 futbolçu meydana daxil olur. Bugünkü çıxışımız qələbə üçün yetərli deyildi. Növbəti matçlarda hazırkı mövqeyimizi qorumaq üçün əlimizdən gələni edəcəyik”.

O, heyətin kasad olduğunu vurğulayıb: “Turan Tovuz” turnir cədvəlində bizdən aşağıda qərarlaşsa da, hər mövqedə yetərincə oyunçuları var. Bizdə isə vəziyyət fərqlidir. Bunun əziyyətini çəkirik. Transfer məsələsi tək məşqçiyə aid deyil. Bu, klubun siyasətidir. Söhbət tək bizdən getmir, ümumi Azərbaycan futboluna aiddir. Transfer klubun imkanlarına görə reallaşır. Bu il biz başımızdan yuxarı tullanmışıq. Ola bilər klub olaraq buna hazır deyilik”.

O bildirib ki, transfer oldu-olmadı hazırkı mövqeni qorumaq üçün çalışacaqlar: “Azarkeşlərə bir şeyə söz verə bilərəm ki, hazırkı yerimizi qorumaq üçün sona qədər çalışacağıq. Transfer etmədən, bu uşaqlarla olsa belə. Sadəcə demək istəyirəm ki, bu cür əziyyətli oyunlarımız olacaq. Futbolçularım  robot deyillər. Fiziki durumu bir kənara qoyaq, onu birtəhər düzəltmək olar. Amma psixoloji cəhətdən futbolçunu hazırlamaq çox çətindir. Biz bu gün udmaq üçün heç nə etmədik”.

S.Abbasov klub rəhbərliyinin də transfer reallaşdırmaq üçün əlindən gələni etdiyini bildirib: “Transfer istəyirik. Klub rəhbərliyi də çalışır. Sadəcə imkan daxilində hər şeyi nəzərə almalıyıq. Ola bilər mən istədiyim futbolçu bir az baha olsun, yaxud əksinə. Azərbaycanda insanlarda düzgün fikir formalaşmayıb. Samir müəllim gedib Portuqaliyadan qoltuğuna futbolçu vurub gətirməli deyil”.

S.Abbasov “Turan Tovuz”la matçda rəqibə fərqlənmək üçün çox şans vermədiklərini söyləyib: “Tək “Qarabağ”la yox, hər oyundan qabaq komandanı toparlayacağıq. Sadəcə bəzi məqamlar var ki, onları nəzərə almaq lazımdır. Bizdə bu cür matçlar olacaq. Əsas odur ki, psixoloji cəhətdən yorğunluq olsa da, futbolçular ən azından müdafiədə səhv etməməyə çalışırlar. Bu gün də bunu komanda etdi. Rəqibə elə də çox şans vermədik. Eləcə də özümün də qol imkarı çox olmadı. Bəlkə də milinin oyunları üçün yaranacaq fasilədə hər şey yoluna düşəcək”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30