28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Meydanda taktiki savaş oldu"

“Belə bir stadionda oynamaq çox xoş oldu. Şəhər olaraq Sumqayıt bunu haqq edirdi. Bütün klublarımızda belə stadionların olması Premyer Liqaya rəng qatar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt”la oyundan sonra deyib.

Mütəxəssis qolsuz heç-heçəni belə şərh edib: “Qışdan sonra çempionatın ən yaxşı komandasına qarşı oynayırdıq. Çünki “Sumqayıt” fasiləsindən sonra Premyer Liqaya çox yaxşı start verib. Bunu bilirdik. Bugünkü matçda qol olmasa da, hər saniyə meydanda mübarizə getdi, taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdi. Hücumda bir qədər soyuqqanlı olsaydıq, daha yaxşı olardı. Ən yaxşı epizodlar bizdə idi. Yekunda 1 xal qazandıq. Hazırda çempionatın önəmli yerindəyik. Həm rəqibin uzaqlaşmasına imkan vermədik, həm də özümüz həmin yerlərdə qalmağa çalışırıq”.

Mütəxəssis yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun əla şəraitə malik olduğunu vurğulayıb: “Bugünkü oyun, əgər tribunalar dolu olsa, meydandakı mübarizə Türkiyə çempionatından üstün idi. Bizim futbola yaxşı meydançalar lazımdı. Görünüş də önəmlidir. Biz futbolumuzun inkişafını istəyiriksə, bunlar hamısı şərtdir. Soyunub-geyinmə otağına gedirsən, hər şey müasirdir. Hər bir şərait var. Elə stadionlar var ki, futbolçu komanda yoldaşına deyir ki, “bir qədər o tərəf keç, əynimi rahat dəyişim”. Ümid edirəm ki, Tovuzda, Gəncədə, digər bölgələrdə də bu cür stadionlar olacaq”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30