28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Azər Bağırov: “Hakimlər də öz üzərlərində işləməlidirlər”

"Maraqlı oyun keçdi, izləyənlər yaxşı mübarizə gördü. Hərdən biz də coşub, hakimlərin üstünə qışqırırıq, amma bəzən onlara dəstək olmaq lazımdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Səbail"lə oyundan (2:2) sonra keçirilən mətbuat konfransna deyib.

O, ilk hissədən sonra Kadirinin əvəzləməsinin səbəbi ilə bağlı söyləyib: "Oyun planında mərkəzdə iki-üç gecikməsi oldu. Hansı ki, rəqib ondan top almağa çalışırdı. İkinci hissədə yarımmüdafiəyə sürət lazım idi. Məncə, pis alınmadı. İstədik ki, sürəti qaldıraq, səbəb bu idi. Səfərdə oynayırıqsa, bir xal da nəticədir. Amma baxanda ki, hesabda öndə idik, qoruya bilərdik. Fərqi artırmaq şanslarımız da oldu. Düşünürəm ki, xal itirdik".

Mütəxəssis "Orxan Əliyevin yüksələn performansını nə ilə əlaqələndirirsiniz? Kapitanlıq sarğısı bunun üçün verilib?" sualını belə cavablandırıb: "Klubdaxili fikirləşdik ki, yerlilərə daha çox təkan verməli, motivasiya etməliyik. Kubok oyunu bitəndən sonra uşaqlar bir az dincəlib, özlərinə gəliblər. Uşaqlar ötən il belə sıx qrafiklə oynamamışdılar, onlara vaxt lazım idi. Böyük dəyişikliklər etməkçün də heyətimiz geniş deyil".

A.Bağırov "Səbail"i bu mövsüm ərzində məğlub edə bilməmələrinin səbəbini bu cür izah edib: "İlk oyunda hakim səhvi var idi. 45-ci dəqiqədə qapımıza penalti verdi. Bu gün deməzdim ciddi hakim səhvləri oldu. Amma elə şeylər var ki, referilər öz üzərlərində işləməlidirlər. Dördüncü hakim nəsə deyir, baş hakim razılaşmır, öz bildiyini edir. "Səbail"lə 3 oyunun hamısında yaxşı oynamışıq. Yerli futbolçuların ustalıq tərəfini inkişaf etdirməliyik. Legionerlərimiz pis deyil. Bəxtsizliklə əlaqələndirmək olar".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30