28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ"a məğlubiyyət "Braqa"nın prezidentini özündən çıxardı

"Braqa"nın Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə "Qarabağ"a uduzması (2:4) Portuqaliya klubunun prezidenti Antonio Salvadorun qəzəbinə səbəb olub.

Futbolxeber.az-ın ojogo.pt saytına istinadən verdiyi məlumata görə, sözügedən görüşdən sonra A.Salvador paltardəyişmə otağına gedib. O, komandanı tənqid edib və futbolçularla sərt şəkildə danışıb. A.Salvador narazılığını bildirib və onların "Braqa"nın prinsiplərinə dəyər verməli olduqlarını söyləyib. Həmçinin klub prezidenti komandadan Portuqaliya çempionatının 22-ci turunda "Farense"yə qalib gəlməyi və pley-offun cavab görüşündə "Qarabağ"ı üstələməyi tələb edib.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30