27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Futbol ictimaiyyəti “Qarabağ”ın tarixi qələbəsini izlədi

“Misli” və Peşəkar Futbol Liqası Avropa liqasının pley-off mərhələsində çıxış edən “Qarabağ” futbol klubuna dəstək məqsədilə futbol ictimaiyyətini bir araya gətirib.

Futbolxeber.az saytının məlumatına görə, ölkə futbolu üçün tarixi bir oyun – Portuqaliyanın ən köklü klublarından biri olan “Braqa” ilə qarşılaşma paytaxtda yerləşən kino zallarından birində böyük ekranda qonaqlara təqdim edilib.

Qonaqlar arasında “Azərlotereya” ASC, AFFA, PFL, Premyer Liqa, eləcə də 1-ci və 2-ci Liqa klublarının rəsmiləri, tanınmış veteran futbolçular, media nümayəndələri, “İmarət” və “Qarabağ Ordu” fanklublarının üzvləri yer alıblar.

Böyük ekran qarşısında “Qarabağ”ın mükəmməl oyununun əvəzsiz dəstəyi ilə özünü sanki tribunada hiss edən qonaqlar zalda möhtəşəm ab-hava yaradıblar.

Ardıcıl qolların və yekunda tarixi qələbənin sevincini bölüşdükləri anları telefonlarının yaddaşına köçürərək xatirə paylaşımları edən tamaşaçılar məmnunluqlarını bildiriblər.

Sonda qonaqlar təşəbbüsə və dəvətə görə “Misli” və Peşəkar Futbol Liqasına təşəkkürlərini ifadə ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30