27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoydu

Avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA əmsallar cədvəlini yenilənib.

Futbolxeber.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycanın hesabına daha 0,500 xal yazdırıb.

Bununla da Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq 27-ci pilləyə yüksəlib. Azərbaycanın mövsümdəki əmsalı 5,375-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı isə 19,625-ə bərabərdir. Slovakiyanın da əmsalı 19.625-dir. Ancaq Azərbaycan klubları bu mövsüm daha çox xal topladığına görə siyahıda öndədir.

Hazırda 26-cı pillədə olan Bolqarıstanın xalları isə 20.375-dir.

Ümumilikdə reytinq cədvəlində cəmi iki yerdəyişmə olub ki, bunun biri "Qarabağ"la bağlıdır. Siyahıda irəliləyən digər ölkə isə Avstriyadlr. Xallarını 32.000-ə çatdıran Avstriya İsveçrəni geridə qoyaraq 12-ci pilləyə yüksəlib.

Qeyd edək ki, reytinq siyahısına 100,803 xalla İngiltərə başçılıq edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30