28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Qurban Qurbanov: "Cütün taleyi hələlik həll olunmayıb"

"Cavab matçında daha məsuliyyətli olmalıyıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
 
Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib: "Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər".
 
Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: "Bizim də xeyli təcrübəmiz var. İnanırdıq, bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq".
 
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək ("Report").



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30