27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Almeyda: "Braqa" “Qarabağ”a bənzəyir"

“Portuqaliyaya gedəndən bəri mən həmişə "Braqa"ya rəğbət bəsləmişəm; Alan, Lima, Salino, Hugo Viana ilə super komanda qurdular, "Benfika"nı məğlub edərək Avropa Liqasının finalına çıxdılar. "Braqa" “Qarabağ”a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdur".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə səfər oyunu öncəsi ojogo.pt saytına açıqlamasında deyib.

O, "Braqa"nın stabil komanda olduğunu vurğulayıb: "Onar yaxşı oyunçular transfer edir, fəlsəfələrinə görə və fərq yaradan oyunçuları seçir. Onlar böyük klublara çoxlu məşqçi göndərirlər. Hazırda baş məşqçiləri Artur Xorxedir. Rəqibdə yüksək səviyyəli oyun sistemi görürəm və çox yaxşı futbolçular var”

R.Almeyda rəqibin heyətində Alvaro Calo, Rikardo Orta, Xose Fonte, Mateus, Simon Banzanı fərqləndirib: "Böyük potensiala malik Vitor Karvalyunu çox bəyənirəm. Onu “Jil Visente”dən tanıyıram. Son illər yetişən gənclər də var. Bu gün yaxşı oyun proqnozlaşdırıram. Ümid edirəm ki, vəsiqə qazanmaq üçün əlimizdən gələni edə bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30