28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Vadim Abdullayev: “Sübut etmişik ki, nəinki “Neftçi”, istənilən rəqibə qalib gələ bilərik”

“Neftçi haqda geniş danışmağa ehtiyac yoxdur. Heyətlərinə görə ölkənin ən keyfiyyətli komandalarından biridirlər. Amma biz də son turlar qələbə qazana bilmirdik. Ona görə də “Neftçi” ilə matçda qələbəni çox istəyirdik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən deyib.

30 yaşlı futbolçu qələbəyə layiq olduqlarını bildirib: “Göstərdik ki, sona qədər üst pillələr uğrunda mübarizə aparacağıq. Oyun baxımından “Neftçi”dən üstün idik”.

V.Abdullayev bildirib ki, istənilən komandadan xal almağa qadirdirlər: “İnanıram ki, bundan sonra vəziyyətimiz daha yaxşı olacaq. Bir daha ardıcıl uğursuz oyunları keçirməyəcəyik. Biz komanda olaraq futbol oynamağı bacarırıq. Mövsüm ərzində bunu daha əvvəl də göstərmişik. Sübut etmişik ki, nəinki “Neftçi”, istənilən rəqibə qalib gələ bilərik”.

O qeyd edib ki, kubokla vidalaşmaları komandanın xeyrinə olacaq: “Əgər yaxınıqsa, avrokuboklar üçün sona kimi mübarizə aparacağıq. Heyətimiz geniş deyil. Buna görə də son həftələr əziyyət çəkirdik. 3-4 gündən bir meydana çıxırdıq. Hər dəfə də zədəli, xəstə futbolçularımız olurdu. Artıq kubokda mübarizəni dayandırdıq. Bundan sonra yalnız çempionata köklənəcəyik. Ona görə də yaxşı nəticələrə ümid edə bilərik”.

V.Abdullayev növbəti turda “Səbail”ə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Səbail”ə qarşı hər iki dövrədə maraqlı oyunlarımız olub. Yaxşı oynasaq da, qalib gələ bilməmişik. Budəfəki matçımız da çətin keçəcək. Digər tərəfdən də süni qazonda oynamaq çətinlik yaradır. Bununla belə, çalışacağıq ki, öz oyunumuzu ortaya qoyaq, qələbə qazanaq. Meydana yalnız 3 xal üçün çıxacağıq”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30