3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qola görə mükafat vermirik”

"Qəbələ" Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda yaxşı mübarizə apardı. Heyətlə bağlı sıxıntı yaşayırdıq. Amma meydana çıxan oyunçular onları layiqincə əvəz etdi. Komandanın performasnından razı qaldım. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq.

- İtkilərin fonunda bu heç-heçəni qələbəyə bərabər hesab etmək olar?

- İtkiləri bilirdik. Müəyyən rotasiyalara getməyə məcbur idik. Boşluqları doldura bildik. Nəticədən əlavə komandanın mübarizəsi məni qane etdi.

- Vurduğu gözəl qola görə Ülvi İsgəndərliyə mükafat veriləcək?

- Qola görə heç bir mükafat vermirik. Ülvi komandanın aparıcı oyunçularından biridir. Ondan hər an belə qollar gözləyirik.

- Klesio Baukun durumu necədir?

- Bizə zədəli gəlmişdi. Bu oyuna çıxmağı riskli idi. Sağ olsun, komandaya fayda verməyə çalışdı. Zədəsi ciddi deyil. Özünü qorumaq üçün oyundan çıxmaq istədi.

- Emil Səfərov gənc futbolçudur. Onun bu qədər aqressiv olması barədə fikirləriniz necədir?

- Futbolçu aqressiyanı göstərməlidir. Nəysə istəyir ki, bunu göstərir. Emin intizamlı futbolçudur. Onun aqressiv olması bizim xeyrimizədir.

- Sanki bu gün əvvəlki "Qəbələ" sizə qarşı oynayırdı...

- Futbolda belə hallara da hazır olmalısan. Onlara uğurlar arzulayıram. "Qəbələ" üçün böyük işlər görüblər, adlarını klubun tarixinə yazdırıblar. Heç bir futbolçu ilə incikliyimiz yoxdur. Gələcəkdə yenə bir yerdə işləyə bilərik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31