3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Mənə ədalətli hakimlik lazımdır”

"Zirə" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qəbələ səfəri hər komanda üçün ağırdır. Qələbə qazanmaq istəyirdik. Meydanda amansız mübarizə gedirdi. Hər iki komanda çox istəkli idi. Matça pis başlamadıq, oyuna biz nəzarət edirdik. Gözlənilməz qol buraxdıq. Sonra qol vurduq və nəzarəti əldə aldıq. İkinci hissədə hücum potensialını daha da gücləndirdik. Lakin istədiyimiz qolu vura bilmədik. İki epizodda rəqib qapıçı etibarlı oynadı. Bu cür oyunda, Qəbələ səfərində bir xal pis nəticə deyil. Qarşıda "Səbail"lə çox vacib oyun bizi gözləyir. Ona hazırlaşacağıq.

- Ülvi İsgəndərov ikinci dəfədir ki, "Zirə"yə uzaq məsafədən qol vurur. Həmin qolu necə şərh edərdiniz?

- Demirəm ki, Ülvi bizə qarşı xüsusi motivasiya ilə oynayır. Amma artıq alışmışıq. Bizimlə hər oyunda ya qol vurur, ya məhsuldar ötürmə edir. Təəssüf ki, belə qol buraxdıq. Oyundan öncə bu haqda danışmışdıq. Amma Ülvinin ustalıqla vurduğu zərbəyə qiymət vermək lazımdır.

- Matçın 70-ci dəqiqəsində ehtiyat oyunçular skamyası tərəfdə gərginlik yaşandı. Orada nə baş vermişdi?

- Anlaşılmazlıq var idi. Əsas odur ki, problem aradan qalxdı.

- Hakimin idarəçiliyindən razı qaldınız?

- Bəyəndim deyə bilmərəm. Mənə ədalətli hakimlik lazımdır. Ümumən bu gün foullar çox idi. Tez-tez qayda pozuntuları olurdu. Ümumiyyətlə, "Qəbələ" ilə buradakı oyunlarımız həmişə aqressiv keçir. Amma indi onların vəziyyəti elədir ki, hər rəqibə qarşı bu cür yanaşırlar. Bu, başadüşüləndir, çempionatın gərgin dövrüdür, hamı qələbə qazanmaq istəyir.

- Klublar Komitəsinin Barış Şimşəklə görüşü oldu. Sizcə, bu görüşdən sonra hakim səhvləri azalacaq?

- Barış Şimşəkin işinə qiymət vermək istəmirəm. Bizim 5-6 yaxşı hakimimiz var. Hakimliklə bağlı etirazlarımız odur ki, aydın epizodlar idi. Bəzən VAR susur, belə epizodlar adamı məyus edir.

- Veteran futbolçu Mahir Şükürov sizin təkləndiyinizi deyib. Bu fikirlə razısınız?

- Təklənmişəm deməzdim. Ötən mətbuat konfransında bu haqda danışdım. Yenidən qayıtmaq istəmirəm. Bir çox hadisələr futbol cameəsinin gözünün qabağında baş verir. Ümid edək ki, nə bizim, nə də digər komandaların əleyhinə qərarlar olacaq. Çünki bir səhv ilin sonunda çox ağır nəticələrə səbəb olur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31