3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Miodraq Bojoviç: “Altıncı dəqiqədə qapında qol görürsənsə...”

“Hər oyuna ciddi hazırlaşırıq. Bu matç da istisna deyildi. Lakin belə görünür ki, bugünkü qarşılaşmaya yaxşı hazırlaşa bilməmişik. Çünki altıncı dəqiqədə qapında qol görürsənsə, deməli, yaxşı hazırlaşmamısan”.

Futbolxeber.az saytının bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt” 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

O, ilk hissədə zəif təsir bağışladıqlarını bildirib: “İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Daha fəal çıxış etdik. Lakin bu, matçın gedişatını dəyişmək üçün kifayət etmədi”.

“Komandanızın oyunundan razısınızmı” sualını Bojoviç belə cavablandırıb: “Mən ilk növbədə özümdən razıyammı? Əvvəl özümdən razı qalmalıyam, sonra komanda barədə danışmaq olar”.

Bojoviç məğlubiyyəti rəqibin oyunu ilə əlaqələndirib: “Sumqayıt”ın yaxşı oyunu məğlubiyyətimizə səbəb oldu. Bu gün uduzmuşuqsa, deməli, rəqib daha yaxşı oynayıb”.

O, transfer çalışmalarından da söz açıb: “Bu sualı hansı məşqçiyə versəz, komandasının güclənməsinin istəyər, mən də o cümlədən. Lakin reallıqları da nəzərə almaq lazımdır”.

Mütəxəssis kapitan Emin Mahmudovun zəif çıxışına belə münasibət bildirib: “Eminin bir qədər zədəsi var idi. Ola bilər ki, bu da onun oyununa təsir edib. Boqomolski barədə isə bilmirəm nə deyim. Hər matç fərqli olur”.

Bojoviç hələlik optimal heyəti formalaşdırmadığını vurğulayıb: “Yeni transferlər fiziki cəhətdən hazır deyillər. Optimal heyəti tapdığımı indidən demək olmaz. Komandada rəqabət var. İdeal 11-liyin axtarışındayıq. Kimin nəyə qadir olduğunu bilmək üçün hər kəsə şans verməliyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31