3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Yenilənmiş "Mehdi Hüseynzadə"də 10 il sonra ilk oyun

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Sumqayıt” “Neftçi”ni bu arenada qəbul edəcək. Bu, 10 illik fasilədən sonra yenilənmiş “Mehdi Hüseynzadə”də ilk oyun olacaq.

Saat 15:00-da başlayacaq matçda anşlaq yaşanacaq. Belə ki, görüş üçün satışa çıxarılan 8 mindən artıq biletin hamısı satılıb.

Qeyd edək ki, matçın startından 1 saat əvvəl konsert proqramı da təşkil olunacaq.

Qeyd edək ki, "Sumqayıt" bu stadionda sonuncu dəfə 2014-cü ildə oyun keçirib. Premyer Liqanın matçında "Qarabağ"ı qəbul edən "Sumqayıt" 1:0 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31