3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Diniyev: “Qarabağ”la açıq futbol oynamaq cinayətdir”

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXI turunda “Səbail”ə 1:2 hesabı ilə uduzduqları oyun barəsə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, matç heç-heçə bitsəydi, daha ədalətli olar:

“Dramatik bir matç izlədik. Yadıma gəlmir ki, bir oyunda nə vaxtsa 4 penalti olub. Komandam bu gün layiqli futbol oynadı. Futbolçularım "Qarabağ" kimi komandaya qarşı meydanın hər qarışı uğrunda amansız mübarizə apardı. Əsas məqsəd daha tez oynamaq və cinahları işə salmaq idi. Artıq cinah oyunçularımız qayıdıb. Onlara bir-iki həftə vaxt lazımdır. Zamanla daha yaxşı "Səbail" olacaq. Bu gün məğlub olsaq da, utanılası bir əlamət görmürəm. Alqışalayiq bir komandam var. "Qarabağ"ı təbrik edirəm. Düşünmürəm ki, indiyə kimi hansısa komanda onların qapısı qarşısında bu qədər qol epizodu yaratsın. Sadəcə nəticə bizi məyus edir. Heç-heçə olsaydı, daha ədalətli olardı. "Səbail" bu gün pis futbol oynaması”.

- Futbolçularınız 2-3 metrdən qol vura bilmir. Buna münasibətiniz necədir?

- 12-ci turda "Turan Tovuz"la matçdan sonra komanda qopdu. Bizim kimi komandada bu qədər zədəli oyunçunun olması çətindir. Məcbur olub heç vaxt oynamadığım "beşli" sistemə keçdim. Siz dediyiniz uşaqlıqdır, səviyyədir. 28-30 yaşlı futbolçu ilə bunun üzərində işləməyə dəyməz.

- Cabir Əmirlinin yerinə əvəzedici komandadan oyunçu götürmək olmaz?

- Cabir hazır deyil. Ona çox sağ ol deyirəm. Ağır zədədən sonra tam bərpa olunmayıb. Bu gün mənim istəyimlə oynadı.

- "Zirə" ilə kubokun cavab matçı ilə bağlı fikirləriniz necədir?

- Bizim üçün önəmli matçdır. Hər iki cəbhədə vuruşmağa hazırıq. Bu gün 15-16 nəfər forma davası edir. Komandada rəqabət var. Bu, məni sevindirir.

- Mövsümün əvvəlindəki avrokuboklar hədəfi dəyişməyib?

- Başlanğıcda bizim tapşırığımız ilk 6-lıqda olmaq idi. İkinci dövrədən sonra isə gördük ki, avrokuboklarda da oynamaq gücündəyik. Bu komandanın potensialı ona yetər. Bu oyunu oynasaq, o yol uzaqda deyil.

- Ağabala Ramazanovun durumu necədir?

- Qomis və Ağabala qayıtsalar da, əvvəlki formada qayıtmayacaqlar. Ağır da olsa, onların yoxluğu ilə barışmışıq. Gələn mövsüm üçün tam düzələcəklər.

- "Qarabağ"ın "Sabah" üzərindəki 7:1 hesablı qələbəsindən sonra komandanı oyuna hazırlamaq çətin olmadı?

- Zarafatca Qurban Qurbanovdan soruşdum ki, bu gün məni istefaya yollamayacaqsan? Qurban müəllimə çox böyük hörmətim var. Yaxşı insan, yaxşı məşqçidir. "Qarabağ"la açıq futbol oynamaq cinayətdir, ölümə bərabərdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31