3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Murad Musayev: “Getmək həmişə çətindir”

"Sabah" klubundan ayrılan Murad Musayev "Matç TV"yə müsahibə verib.

 

- "Sabah"dan getmək qərarı necə verildi? Bu, sizin təşəbbüsünüz idi, yoxsa klubun?

- Son iki ildə “Sabah” parlaq oyun nümayiş etdirdi, sabit yüksək nəticələr göstərdi. Amma indi bu sabitlik, qələbə ehtirası və emosiyalar yoxdur. Ümid edirəm ki, yeni məşqçi bunu dəyişə bilər. Çünki turnir cədvəlində üçüncü yerdən komandanı cəmi 5 xal ayırır. Bu qərarı özüm vermişəm. Başa düşürəm ki, məşqçi dəyişikliyi indi klub və komanda üçün lazım idi. Çempionatda Avropa kuboklarına vəsiqə qazanmaq üçün yaxşı şanslar var. Mən “Sabah”a bunu arzulayıram.

- Rəhbərlik sizi getməmək üçün razı salmağa cəhd etdimi?

- Bəli, “Sabah”ın rəhbərləri getməyimi istəmirdi. Amma bu, mənim qərarım idi. Ona hörmətlə yanaşırdılar.

- “Sabah”dan təəssüflə ayrılırsınız?

- Getmək həmişə çətindir. Xüsusən də əgər həmin klubda bir neçə il zaman keçirmisənsə. Görülən işlərlə həmişə fəxr edəcəm. Biz nəinki yaxşı nəticələr qazandıq, komandanın özünəməxsus oyun tərz də yarandı. Biz “Qarabağ”, “Partizan”, “Neftçi” kimi güclü klublarla matçlarda nəinki bərabər səviyyədə oynadıq, hətta qələbə də qazandıq.

Bu gün (dünən - red.) bazada futbolçular və heyətlə vidalaşdım, çoxlu emosiyalar var idi. Amma futbol həyatı belədir. Zaman-zaman hamımız bir klubdan digərinə keçirik. İndi dincəlməli və yeni gələcəyə yeni güclə davam etməliyik.

- Yaxşı istirahət etməyi planlaşdırırsınız, yoxsa qısa müddətdə təklifləri nəzərdən keçirməyə hazırsınız?

- Bir-iki ay dincəlmək, ailəmlə vaxt keçirmək istəyirən. Sonrasına baxacam.

- Valeri Karpin Rusiya millisinin təlim-məşq toplanışından sonra deyirdi ki, onun xarici aləmlə heç bir əlaqəsi olmayan dərin meşəyə getmək arzusu var. Bəs sizdə necə?

- Məndə belə bir arzu yoxdur (gülür). Əgər "Krasnodar"dan ayrıldıqdan sonra və indiki vəziyyətimi müqayisə etsək, mən tamamilə yaxşıyam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31