3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlayırıq"

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" sabah Türkiyə 1-ci liqasının 21-ci turunda “Adanaspor”u qəbul edəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, komandanın baş məşqçisi Ertuğrul Sağlam oyun qabağı yerli jurnalistlərə açıqlama verib.
 
Yeni transferlərdən də danışan mütəxəssis Ramil Şeydayevin komandaya tədricən uyğunlaşdığını bildirib: "Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlayırıq. Duhan Aksu oynamağa imkan verəcək fiziki vəziyyətə qayıdır. Cümə gününə qədər bizə daha bir yeni futbolçu qoşularsa, o zaman oyun sistemimizdəki siyahını tam şəkildə tamamlayacağıq. Superliqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik".
 
Qeyd edək ki, yanvar ayında  "Kocaelispor"la 1,5 illik müqavilə imzalayan Şeydayev ötən həftə yeni komandasında debüt edib. O, "Altaya" qalib gəldikləri görüşdə (2:0) start heyəydə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31