3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Siyasət Əsgərov "Neftçi"də

"Neftçi"nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub.
 
Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırda qadınlardan ibarət Azərbaycan milli komandasını da çalışdıran Siyasət Əsgərovla mövsümün sonunadək müqavilə bağlanılıb.
 
Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb. 2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət milli komandada məşqçi, 17 yaşadək qızlardan ibarət milli komandada baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir.
 
Qeyd edək ki, Siyasət Əsgərov “Neftçi ilə yanaşı eyni zamanda qadınlardan ibarət Azərbaycan milli komandasında da baş məşqçi olaraq fəaliyyətini davam etdirəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31