3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Səbail” Avropa çempionunu transfer etdi

"Səbail” növbəti transferini reallaşdırıb.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu Suliman Alluşu heyətinə qatıb.

22 yaşlı Mərakeş əsilli hücumçu Amsterdamda anadan olub. Həm Mərakeş, həm də Niderland vətəndaşlığı olan Alluş futbolda ilk addımlarını “Ayaks”da atıb.

Daha sonra “AZ Alkmaar”a üz tutan forvard 2019-2023-cü illər aralığında bu klubun gənclər komandasında forma geyib. Ötən il isə o, “Venlo”ya transfer olunub. Burada Suliman Alluş 28 matçda 4 qol vurub.

“Səbail”in yeni transferi Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da forma geyib. 2019-cu ildə Alluş U-17-lər arasında Avropa çempionu olub. İrlandiyada keçirilən 17 yaşlıların qitə birinciliyinin finalında Niderland millisi İtaliyanı 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Alluş artıq "Səbail"in düşərgəsinə qoşulub. 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31