3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Mətbuat Şurası "İdman TV"ni təbrik edib

Azərbaycan Mətbuat Şurası "İdman TV"ni 15 yaşının tamam olması münasibəti ilə təbrik edib.
 
Futbolxeber.az saytının məlumatına görə, qurumun yaydığı təbrikdə bildirilib: "İdman TV-nin fəaliyyətə başlamasının 15 ili tamam olur. Bu telekanal ölkəmizdə idmanın kütləviləşməsində, onun əksər növlərinin populyarlaşmasında, Azərbaycan dövlətinin idman siyasətinin təbliğində müstəsna rol oynayıb. Belə peşəkar yanaşma telekanalı oturuşmuş media orqanına, ictimaiyyətin sevimlisinə çevirib.
 
Telekanal, həmçinin, ölkəmizdə idman jurnalistikasının inkişafına da töhfə verib. Onun fəaliyyəti mediamızın bu vacib sahə üzrə ixtisaslaşması prosesini dərinləşdirib. Ötən 15 ilin ən böyük uğurlarından biri də məhz budur.
 
İdman TV-nin rəhbərliyini və kollektivini telekanalın 15 illiyi münasibəti ilə təbrik edir, onlara ən xoş arzu və diləklərimizi çatdırmaqdan məmnunluq duyuruq!"
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31