3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Abasov: “0:3-dən sonra sınmadıq”

“Rəqibi təbrik edirəm. Kubokda ilk oyun üçün kifayət qədər maraqlı və gərgin oyun oldu. Futbolçularımı təbrik edirəm, ikinci hissə yaxşı oynadılar. İki fərqli hissə oldu. 0:3-dən sonra sınmadıq. Əfsuslar olsun ki, rəqibin 3-cü qolunda top çıxmışdı. Qarşıda bir oyunumuz olacaq. Bu matçı öz yeni meydanımızda oynayacağıq. Ümid edirəm ki, azarkeşlər üçün də maraqlı oyun olar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi”yə qarşı keçirilən ilk oyundan (2:3) sonra deyib.

O, ilk hissədə zəif təsir bağışlamalarının səbəbini belə izah edib: “Orta xətti əldən verdik. Əslində, belə təzyiqi gözləyirdik. Oyunlarımız təzyiq altında keçir və buna hazır idik. Yarımmüdafiəni əldən verdik, təzyiqdən çıxa bilmədik. Həm də, oyunumuzu rəqibin cərimə meydançasında qura bilmirdik. Səbəblər bunlar idi”.

“Demək olar, bugünkü matç "Kapital Bank Arena"da son oyun oldu. Sizin üçün burada unudulmaz xatirə hansıdır?” sualını S.Abasov belə cavablandırıb: “İndi oyuna köklənmişdim, xatırlamaq çətin oldu. "Qarabağ"la kubok oyunu var idi, mərhələni keçmişdik. Ümumiyyətlə, burada maraqlı xatirələr çoxdur. Hansısa oyunu seçmək üçün vaxt lazımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31