3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Bojoviç: “Düşündük ki, oyunun taleyi həll olunub və "Sumqayıt" yekunu gözləyəcək”

"Prinsipcə, "Sumqayıt" birinci hissənin 10-15 dəqiqəsində yaxşı oynadı. Sonra nəzarəti ələ aldıq və üç qol vurduq. Fasilədən sonra səhvlərimiz oldu və qapımızda iki qol gördük. Bir neçə epizodumuz olsa da, yararlana bilmədik. İlk oyundan sonra nəticə yaxşıdır.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, "Neftçi"nin ikinci hissədə zəif təsir bağışlamasının səbəbini belə izah edib: “Düşündük ki, oyunun taleyi həll olunub və "Sumqayıt" yekunu gözləyəcək. Həm də, cərimə meydançamızda səhvlər etdik və belə nəticə oldu”.

Monteneqrolu mütəxəssis “Sumqayıt”a həm kubok, həm də çempionat matçının çətin keçəcəyini bildirib: “Məncə, hər oyun bizimçün önəmlidir. Xal məsələsi var. Açığı, düşünmürdüm ki, "Sumqayıt"la oyun rahat olacaq. Qarşıdakı hər iki matç çətin keçəcək”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31